AZAL-ın qəza hesabatı yaxın günlərdə dərc olunacaqbackend

AZAL-ın qəza hesabatı yaxın günlərdə dərc olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında bildirib.

“İş son mərhələdədir, gözləyirik ki, yaxın günlərdə ilkin hesabat rəsmi olaraq saytımızda dərc olunacaq. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır, bu, çox incə və əziyyətli işdir”.

O qeyd edib ki, işlərdə Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edir.