AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırırbackend

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.

“Azərbaycan Hava Yolları” QSC-dən NOCOMMENT-ə verilən məlumata görə, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11 reysədək artırılacaq (hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir). Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.

Tariflər daha əvvəl yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.