AZAL Təl-Əvivə uçuşları dayandırdıbackend

AZAL Təl-Əvivə uçuşları dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Wizz Air və British Airways aviasiya kompaniyaları Təl-Əvivin Ben-Qurion Beynəlxalq Hava Limanına uçuşları qeyri-müəyyən müddətədək dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, aviaşirkətlər sentyabrın 24-nə planlaşdırılan reysləri İsraillə Livanın Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edib. Uçuşların nə vaxt bərpa olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Təl-Əvivə reysləri ləğv edən aviaşirkətlər arasında Azərbaycan Hava Yolları da var.

Sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna çoxsaylı hava zərbələri endirib. İsrail tərəfinin açıqlamalarına görə, hücumun hədəfləri “Hizbullah” təşkilatının hərbi obyektləri olub. Zərbələr “Hizbullah” döyüşçülərinin yəhudi dövlətinin şimal rayonlarını aylardır atəşə tutmasına cavab olaraq endirilib.