AZAL Türkiyənin kurortlarına uçuşlara başlayırbackend

AZAL Türkiyənin kurortlarına uçuşlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 25-dən Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirəcək.

AZAL-dan NOCOMMENT-ə verilən məlumata görə, Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün, Bakı-Dalaman-Bakı istiqamətində uçuşlar isə həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Aviadaşıyıcı digər kurort şəhəri – Antalyaya da uçuşlar həyata keçirir.

Türkiyənin bütün istiqamətləri üzrə aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişin kateqoriyası qəbul ediləcək.

Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:

– Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyə ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-turkey

– koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

– Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan

– koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz: https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.