AZAL Türkiyəyə uçuşları dayandırırbackend

AZAL Türkiyəyə uçuşları dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.

NOCOMMENT xəbər verir ki, Bakı-Ankara-Bakı aviareysləri aprelin 29-dan mayın 13-nə qədər, Bakı-İstanbul-Bakı aviareysləri aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı-Antalya-Bakı aviareysi də baş tutmayacaq.

Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri “Türk Hava Yolları” şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.