ABŞ prezidenti Donald Tramp “əmr verə” və Ukrayna lideri Vladimir Zelenskini Rusiya ilə “istənilən saziş” imzalamağa məcbur edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Telegram kanalında məlumat verib.
“Mən istisna etmirəm ki, məsələn, Tramp öz qətiyyəti ilə, şübhəsiz ki, əmr verə bilər və Zelenski və onun kimiləri danışıqlar masası arxasına əyləşərək, onlara diktə edilən istənilən sazişi imzalayacaqlar”, – o vurğulayıb.
Ukraynanın keçmiş baş nazirinin fikrincə, Tramp o vaxta qədər ABŞ-ın Rusiya ilə ehtiyac duyduğu razılaşmaları artıq əldə etmiş ola bilər.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Tramp Ukraynadakı münaqişənin diplomatik danışıqlar yolu ilə həllinə nail olmaq niyyətindədir.