Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcəkbackend

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NOCOMMENT.az-a bildirilib ki, azərbaycanlı deputat burada ATƏT PA-nın Helsinki+50 təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.

Səfər sentyabrın 24-də başa çatacaq.