“Azər-Türk Bank” filial açılması ilə bağlı tələbləri pozubbackend

“Azər-Türk Bank” filial açılması ilə bağlı tələbləri pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azər-Türk Bank” filial açılması ilə bağlı Mərkəzi Banka verilməli olan yazılı müraciəti gecikdirib.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” Qanunun 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə “Azər-Türk Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.