Azərbaycan 4 günlük iş həftəsinə keçsə, nə olar?backend

Azərbaycan 4 günlük iş həftəsinə keçsə, nə olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan üçün 4 günlük iş həftəsinə keçid hələ tezdir. Bu indi baş verərsə, maddi nemətlər istehsalı kəskin aşağı düşə bilər”.
NOCOMMENT Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu  açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Qazaxıstanın 4 günlük iş həftəsinə keçidlə bağlı qəbul etdiyi qanunun ardınca Azərbaycanın da anoloji addım atması ehtimalını şərh edərkən deyib.
Ekspert bildirib ki, hazırda nə Azərbahycan, nə də Qazaxıstan buna hazırdır:
“Qazaxıstanın bu qərarı sadəcə olaraq təbliğat xarakteri daşıyır. 4 günlük iş həftəsinə keçmək üçün ölkə iqtisadiyyatında texnologiya və maşınqayırma sənaye sahələri sürətlə inkişaf etməlidir. Həmin sahələrdə robotlaşma getməlidir. Məhz bu fonda insan əməyindən istifadə azalır. Bu halda bir tərəfdən vətəndaşın az işə görə maaşı artır, digər tərəfdən də iş gününün sayı azalır.
Hazırda nə Azərbahycan, nə də Qazaxıstan buna hazırdır. Bunun üçün maddi nemətlər istehsalında insan əməyinin müdaxiləsinin həcmi 30-40 faizə düşməlidir. Azərbaycan və Qazaxıstanda hazırda bu rəqəm 80 faizin üstündədir. Yəni demək olar ki, kustar əməklə məşğuluq. Ona görə də düşünürəm ki, indiki halda Qazaxıstan və Azərbaycan kimi ölkələr 4 günlük iş həftəsinə keçsə, bu vəziyyət ölkələrin maddi nemətlər istehsalında ciddi problemlər yaradacaq. Çünki həmin sənaye texnologiyası hələlik nə Azərbaycanda, nə də Qazaxıstanda var”.
Qeyd edək ki, Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib. Qanun iyul ayından tətbiq edilməyə başlayacaq. Qanuna görə, zəruri hallarda müəssisələr 4 günlük iş həftəsi tətbiq edə bilər.