Azərbaycan bank sədri dəyişəcəkbackend

Azərbaycan bank sədri dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ilin aprel ayından “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri olan Kirin Yevgeni Anatolyeviç vəzifəsini tərk etməyə hazırlaşır.

Bankdan NOCOMMENT-ə verilən məlumata görə, sədr hazırda məzuniyyətdədir və qayıtdıqdan sonra “Bank VTB Azərbaycan”ın rəhbərliyindən gedəcək. Onu müvəqqəti olaraq İH-nin üzvü Borodin Yevgeni Valeriyeviçin əvəz edəcəyi gözlənilir.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.