Azərbaycan Bayrağı ordenli polis koronavirusdan ölübbackend

Azərbaycan Bayrağı ordenli polis koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev vəfat edib.

NOCOMMENT xəbər verir ki, o, koronavirusa yoluxduğuna görə ötən gün Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, Z.Alıyev 1993-cü ildə Prezident Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.