Azərbaycan bayrağını hədəf alıb atəş açdılar – VİDEObackend

Azərbaycan bayrağını hədəf alıb atəş açdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirən ermənilər növbəti dəfə təxribata əl atıblar.

NOCOMMENT.az xəbər verir ki, Ağdamın Şahbulaq adlanan ərazisində keçirilən təlimlər zamanı Azərbaycan bayrağı şərti hədəflərdən biri olub. Zirehli texnika, artilleriya qoşunları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atır.

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan də izləyib.

Təlimlərin Azərbaycanın Milli Ordu günü ilə eyni vaxta təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.

Modern.az