Azərbaycan Belarusdan 1 milyard dollarlıq silah alacaqbackend

Azərbaycan Belarusdan 1 milyard dollarlıq silah alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Belarusiya hərbi sənaye kompleksinin son modellərinə xüsusi maraq göstərir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə Belarusiya Müdafiə nazirinin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzularından biri Belarusiya hərbi-sənaye kompleks məhsullarının Azərbaycana tədarükü olub.

Məlumatda Azərbaycanın xüsusilə  OTRK və MLRS raket sistemləri, hava hücumundan müdafiə sistemləri, müxtəlif növ silahlar üçün mərmilər, elektron döyüş sistemləri və müxtəlif məqsədlər üçün mühəndis avadanlıqları ilə maraqlandığı qeyd olunub.

Gələcək müqavilənin 1 milyard ABŞ dollara qədər yüksələcəyi təxmin edilir.