Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır?backend

Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 83 min ton “Aİ-92”, 70,7 min ton “Aİ-95” markalı benzin idxal edilib.

NOCOMMENT.az yeniavaz.com -a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Aİ-92” markalı benzinin idxalı 90%, “Aİ-95” markalı benzinin idxalı isə 69% artıb.

Qeyd edək ki, bu il xaricdən gətirilən “Aİ-92” markalı benzinin bir litrinin orta gömrük dəyəri 97 qəpik, “Aİ-95” markalı benzinin bir litrinin orta gömrük dəyəri isə 1,07 manat olub.

Məlumat üçün bildirək ki, “Aİ-92” markalı benzin Azərbaycana Rusiya, Rumıniya və Belarusdan gətirilib. “Aİ-95” isə Rusiya, Rumıniya, Bolqarıstan və Belarusdan idxal olunub.

Onu da bildirək ki, iyul ayında Rusiyadan Azərbaycana “Aİ-92” markalı benzin idxal olunmayıb. İyul ayında Rusiyadan 5,6 min ton “Aİ-95” gətirilib və onun da bir litrinin orta gömrük dəyəri 1,02 manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana idxal edilən “Aİ-95” markalı benzinin bir litrinin orta gömrük dəyəri 1,12 manat təşkil edib.