Azərbaycan benzinin ən ucuz olduğu 18-ci ölkədir – ARAŞDIRMAbackend

Azərbaycan benzinin ən ucuz olduğu 18-ci ölkədir – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 9-na olan məlumata görə dünya üzrə benzinin orta qiyməti 1 litr üçün 1,29 ABŞ dolları təşkil edir. Amma ölkələr arasında qiymətlərdə fərqlidir.

NOCOMMENT.az bildirir ki, İqtisadiyyat.az-ın araşdırmasına görə, dünya ölkələri arasında benzinin ən ucuz olduğu ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb.

Belə ki, Azərbaycanda benzinin bir litrinin qiyməti 0.647 dollar təşkil edir. Dünyada benzinin ən baha satıldığı ölkə isə Honq-Konqdur. Belə ki, burada benzinin 1 litrinin qiyməti 3,2 dollardır. Bu qiymət fərqləri benzin üçün müxtəlif vergi və subsidiyalarla bağlıdır. Nəticədə benzinin pərakəndə satış qiyməti fərqli olur.

Qeyd edək ki, son illər dünyada elektrik mühərrikli avtomobillərin istehsalı genişlənib. Genişlənməyə səbəb isə artan davamlı tələbatın olduğu göstərilir. Belə ki, elektrik mühərrikli avtomobillərə tələbat artıqca benzin və digər yanacaqla işləyən nəqliyyat vasitələrinə maraq azalıb. Azərbaycanda da son illər elektromobillərə kəskin tələb yaranıb. Əvvəllər yenilik kimi qəbul edilən bu avtomobillərə maraq gündən-günə çoxalır.

Mütəxəssislər deyir ki, planetdə hökm sürən iqlim dəyişikliyi fonunda dünyada elektromobilə keçid ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu, ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışların tərkib hissəsidir. Ölkəmizdə elektrik mühərrikli avtomobillərə tələbat artsa da, buna keçid hələ ki ləng şəkildə davam edir. Hökumət isə keçidi sürətləndirmək məqsədi ilə bəzi tədbirlər həyata keçirir. Bu kimi tədbirlərdən biri də bir müddət əvvəl benzinin və dizelin qiymətinin dəyişdirilməsini göstərə bilərik.

Bəs dünyada benzinin qiyməti nə qədərdir?

Ölkə 1 litr benzinin qiyməti
İran 0,029 dollar
Liviya 0,032 dollar
Venesuela 0,035 dollar
Misir 0,310 dollar
Anqola 0,323 dollar
Küveyt 0,344 dollar
Əlcəzair 0,347 dollar
Türkmənistan 0,429 dollar
Nigeriya 0,468 dollar
Malayziya 0,472 dollar
Qazaxıstan 0,512 dollar
Bəhreyn 0,531 dollar
Boliviya 0,541 dollar
Qətər 0,577 dollar
Oman 0,621 dollar
Səudiyyə Ərəbistanı 0,621 dollar
Rusiya 0,643 dollar
Azərbaycan 0.647 dollar
BƏƏ 0,757 dollar
Pakistan 0,929 dollar
ABŞ 0,945 dollar
Çin 1,168 dollar
Hindistan 1.202 dollar
Türkiyə 1.220 dollar
Yaponiya 1.225 dollar
Ermənistan 1.395 dollar
Ukrayna 1.431 dollar
Polşa 1.618 dollar
Böyük Britaniya 1.806 dollar
Almaniya 1,808 dollar
Fransa 1,882 dollar
İtaliya 1.949 dollar
Danimarka 2,076 dollar
İsveçrə 2,125 dollar
Honq-Konq 3,269 dollar