Azərbaycan boksçusu Avropa çempionu olubbackend

Azərbaycan boksçusu Avropa çempionu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.

Azərbaycan Boks Federasiyasından NOCOMMENT-ə verilən məlumata görə, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.