Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.
Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.
Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.