Azərbaycan bu ərazidə heç bir prosesə nəzarət etmir, bu problem 2 həftə ərzində…” – Rusiyalı ekspertbackend

Azərbaycan bu ərazidə heç bir prosesə nəzarət etmir, bu problem 2 həftə ərzində…” – Rusiyalı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi Bakı “DQR” ərazisində səlahiyyətindən istifadə edə bilmir. Orada “yerli səlahiyyətli orqanlar” fəaliyyət göstərir və Azərbaycan bu ərazidə heç bir prosesə nəzarət etmir. Bu problem 2 həftə ərzində həll edilə bilməz, ancaq bunu müzakirə etmək və ya bunun üçün bir formata sahib olmaq həqiqətən lazımdır. Gec-tez bunu etmək lazım gələcək”.

NOCOMMENT.az “Gazeta”ya istinadla xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitu (MQİMO – MDBMİ) Avrasiya Araşdırmalar Mərkəzinin baş elmi işçisi Vadim Muxanov bildirib.

Ekspertin sözlərinə görə, digər bir problem mövcud vəziyyətdə Ermənistan cəmiyyətinin İrəvanla Bakı arasında mövcud bəyanata düşmən münasibət göstərməsidir və buna görə yeni müqavilənin müzakirəsi sual altındadır.

Vadim Muxanov qeyd edib ki, hazırkı vəziyyətdə İrəvan çox şeyə arxalana bilməz. “Ermənistan hakimiyyətinin başqa bir sazişə razı olacağını söyləmək çox məntiqli deyil. Ermənistan Baş naziri Nikol Paşinyan onsuz da siyasi rəqiblərinin hücumunu çətinliklə saxlayır, onsuz da erkən seçki təyin etməli idi, amma üstündə oturduğu kürsü hələ də laxlayır. Odur ki, indi İrəvan Bakı ilə heç bir sazişə razı olmayacaq”.

“Azərbaycan tərəfini, Ermənistanla razılaşma kontekstində, ehtimal ki, “DQR” statusunun yoxluğu da daxil olmaqla, Qarabağ məsələsində bütün məqamlara nöqtə qoyulması maraqlandırır. Yəqin ki, sülh sazişi mövzusunun təbliği yalnız erməni tərəfini qızışdıracaq. Ermənistandakı siyasətçilərin heç biri belə bir saziş bağlamaq üçün gələcəyini riskə atmayacaq”, – deyə ekspert vurğulayıb.