Azərbaycan bu halda hərbi yolla öz məqsədlərinə nail ola bilər – Paşinyanbackend

Azərbaycan bu halda hərbi yolla öz məqsədlərinə nail ola bilər – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüşdə Paşinyan “Tavuş bölgəsindəki 4 Azərbaycan yaşayış məntəqəsinin qaytarılmasının zəruriliyini” bəyan edib, əks halda Azərbaycan hərbi yolla öz məqsədlərinə nail ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yayıb. Nəşrin məlumatına görə, görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib.

Hakim partiyanın bəzi deputatları Paşinyanın siyasəti ilə razılaşmadıqlarını bildiriblər və nəhayət, Ermənistanın “qırmızı xətlərini” müəyyən etməyə və hansı məsələlərdə Azərbaycanın tələblərindən imtina edə biləcəklərini deməyə çağırıblar.

Nikol Paşinyan açıq şəkildə etiraf edib ki, birtərəfli güzəşt olacaq və bu, qısa müddət ərzində baş verəcək. Paşinyanın sözlərinə görə, azərbaycanın olan 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər. Əks halda Azərbaycan öz məqsədlərinə hərbi yolla nail ola bilər.

Bəzi deputatlar belə bir fikir bildirdilər ki, xalqın onları bağışlamayacağı sənədi imzalamaqdansa, ərazilərdən müharibə yolu ilə imtina etmək daha yaxşıdır.

Paşinyan bildirib ki, o, bunu istəmir, çünki Azərbaycanın nəinki özününkü hesab etdiyi əraziləri ələ keçirəcəyinə, hətta Loriyə, hətta İrəvana da çatacağına heç bir zəmanət yoxdur.