Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 46 min 330 kiloqram təzə və ya qurudulmuş əncir satılıb.
NOCOMMENT.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan əncirdən 60 min 860 ABŞ dolları gəlir əldə olunub. İxrac olunan əncirin bir kiloqramının orta qiyməti 1,31 dollar (2,23 qəpik) olub.
Bu dövrdə Rusiyaya 46 min 250 kq əncir ixrac olunub ki, bundan əldə olunan gəlir də 59 min 250 dollar təşkil edib. Rusiyaya ixrac olunan bir kiloqram əncirin orta qiyməti 1,28 dollar (2,17 manat) olub.
9 ayda İsrailə 80 kiloqram əncir satılıb. Bundan əldə olunan gəlir 1 min 610 dollar olub. İsrailə satılan əncirin bir kiloqramının orta qiyməti 20,12 dollar (34 manat 21 qəpik) təşkil edib.
Bununla yanaşı bu dövrdə Azərbaycana xarici ölkələrdən 32 min 770 kiloqram miqdarında, 180 min 610 dollar dəyərində əncir gətirilib. İdxal olunan əncirin bir kiloqramının orta qiyməti 5,5 dollar (9 manat 37 qəpik) olub.
Ən baha əncir alınan ölkə Lüksemburq olub. Belə ki, bu ölkədən alınan 20 kiloqram əncirə 450 dollar ödənilib. Lüksemburqdan idxal olunan əncirin bir kiloqramının orta qiyməti 22,5 dollar (38 manat 25 qəpik olub.
Azərbaycana əncir satan ölkələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:\\Valyuta.az
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manatla) |
Braziliya | 0,02 | 0,2 | 17 |
Çin | 0,01 | 0,06 | 10,2 |
İran İslam Respublikası | 4,26 | 30,29 | 12,08 |
Türkiyə | 28,33 | 147,73 | 8,86 |
Almaniya | 0,14 | 1,88 | 22,82 |
Lüksemburq | 0,02 | 0,45 | 38,25 |
Valyuta.az |