Azərbaycan bu xidmətin ucuzluğuna görə dünyada lider mövqelərdədirbackend

Azərbaycan bu xidmətin ucuzluğuna görə dünyada lider mövqelərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda taksi dünyada ən ucuz xidmətlərdən biridir.

NOCOMMENT.az bu barədə “Numbeo” məlumatlar bazasının reytinqinə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,44 dollar təşkil edir.

Taksi xidmətlərinin ən bahalı olduğu ölkə isə İsveçrədir. Burada bir kilometr məsafə üçün qiymət 4,15 dollar təşkil edir. Yaponiyada sərnişinlər bir kilometr üçün 3,63 dollar, Salvadorda isə 3 dollar təşkil edir.

MDB məkanında Özbəkistanda taksi xidmətinin qiyməti bir kilometr üçün 0,2 dollar, Rusiyada 0,23, Qazaxıstanda 0,35 dollara bərabərdir.
Trend