Azərbaycan çempionatında təxirə salınan oyunların vaxtı dəqiqləşibbackend

Azərbaycan çempionatında təxirə salınan oyunların vaxtı dəqiqləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” – UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Ardından kişi voleybolçuların Yüksək Liqasında II turun təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınıb.