Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Oyunlarının təşkilini yüksək qiymətləndirib və bu tədbirin bütün üzv dövlətlərin diqqətinə və dəstəyinə layiq olduğunu bildirib.
NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, Putin MDB Dövlət Başçıları Şurasının dar tərkibli iclasında çıxışı zamanı humanitar əməkdaşlığın vacibliyini vurğulayıb və idman yarışlarının bu sahədə xüsusi rol oynadığını qeyd edib:
“MDB Oyunları az əvvəl Azərbaycanda keçirildi. Bu, çox böyük işdir və əlbəttə, ölkələrimizin diqqətinə və dəstəyinə layiqdir”.
Rusiya lideri həmçinin vurğulayıb ki, yarışlarda Rusiyanı böyük heyət təmsil edib.