Azərbaycan cüdoçuları Avropa Kubokunda  dördüncü oldu – FOTOLARbackend

Azərbaycan cüdoçuları Avropa Kubokunda dördüncü oldu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb.

Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) bürünc medala sahib olublar. Ramazan Əhmədov (+100 kq) isə bürünc mükafat əldə edib.

İdmançılarımızı təbrik edirik!