Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv edirbackend

Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.