Azərbaycan Dəmir Yolları yeni qatarlar alırbackend

Azərbaycan Dəmir Yolları yeni qatarlar alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt istiqaməti üzrə fəaliyyət göstərən sürət qatarları gündəlik 20-25 min sərnişinin daşınması üçün nəzərdə tutulub.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, 10 sürət qatarının alınması ilə bağlı müqavilə bağlanılıb (“Stadler” şirkəti ilə) və növbəti ilin sonunda ilk qatarlar ölkəyə gətiriləcək.

“Onların bir hissəsi Bakı-Sumqayıt dairəsində, digər hissəsi isə respublikanın digər şəhər və rayonlarına sərnişin daşınması üçün nəzərdə tutulub”, – deyə Rövşən Rüstəmov bildirib.