Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib – YENİLƏNİBbackend

Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qərar qüvvəyə minməyib və apelyasiya qaydasında şikayət verilə bilər.

Xatırladaq ki, M.Şıxlinski saxlanılan zaman xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

18:52

Mutvalı Şıxlinski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:

“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”.

Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

18:08

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski yenidən məhkəməyə gətirilib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Məlumata görə, jurnalistlər məhkəmə zalından çıxarılıblar və proses qapalı keçiriləcək.

15:40

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.

15:07

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.

Məhkəmə prosesi başlayıb.

11:24

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.

“Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, – agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.