“Azərbaycan dilindən test tapşırıqları o qədər qəliz tərtib edilir ki…” – Vüsalə Ağabəylibackend

“Azərbaycan dilindən test tapşırıqları o qədər qəliz tərtib edilir ki…” – Vüsalə Ağabəyli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirdi ki, məktəblərdə xarici dil imtahanları aşağı səviyyədə aparılır.

Maraqlıdır, bunun səbəbi nədir, niyə məktəblərdə bu imtahanlar aşağı səviyyədədir?

NOCOMMENT.az xəbər verir ki, Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli söylədi ki, Məlyekə Abbaszadənin fikirləri ilə tam olaraq razılaşmır:

“Məktəblərdə xarici dil fənlərinin tədrisi və imtahanlara hazırlaşma mərhələsi başqa-başqa proseslərdir. Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan dərs vəsaitləri orta məktəbləri Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan prosesinə birmənalı şəkildə hazırlamır. Məktəblərin qarşısında qoyulan proqram təminatı DİM-in testləri ilə tam üst-üstə düşmür”.

Ekspert əlavə etdi ki, digər bir məsələ daha çox diqqət çəkir.

“Son illərin statistikası onu göstərir ki, məktəb proqramı və ya repetitor, kurs hazırlığı ilə də olsa, şagirdlərin xarici dil fənlərindən topladıqları bal Azərbaycan dilindən topladıqları baldan yuxarı olur. Son illər Azərbaycan dilindən test tapşırıqları o qədər mürəkkəb, o qədər qəliz tərtib edilir ki, ana dilinin göstəriciləri xeyli aşağı düşüb. Bu mürəkkəbləşmə heç də tədris keyfiyyətlərinə xidmət etmir. Əksinə ana dilimizi, dövlət dilimizi gözdən salmağa, şagirdlərin öz doğma dillərindən daha çox əcnəbi dilləri öyrənmələrinə, dolayısı ilə xarici ölkələrdə təhsil alma həvəsinə təkan verir. O ki, qaldı məktəblərdə xarici dillərin tədrisinə, texniki avadanlıqlar, dinləmə materialları və İKT bacarıqlarından istifadə edən müəllimlər mütləq fəaliyyət göstərməlidir. Əslində, DİM orta məktəblərə konkret nəzərdə tutduğu kriteriyalarla açıq təkliflər verməlidir”, – deyə V.Ağabəyli bildirdi.