Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edibbackend

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989–1991) Vaqif Hüseynov vəfat edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” qəzeti məlumat yayıb.

Bildirilib ki, Vaqif Hüseynov ömrünün 82-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — “Sport”, “Molodyoj Azerbaydjana”, “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.