KoronaVirus İnformasiya Portalı
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi layihəsi müzakirə edilibbackend

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi layihəsi müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin müzakirəsi məqsədilə üç ölkənin nümayəndələrindən ibarət İşçi Qrupun videokonfrans formatında görüşü keçirilib.

NOCOMMENT.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki,  görüşdə çıxış edən İşçi Qrupun Azərbaycan tərəfindən rəhbəri, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin iyulun 2-də videokonfrans vasitəsilə keçirilmiş görüşü zamanı verilmiş tapşırıqlara uyğun olaraq Azərbaycan tərəfindən üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi layihəsinin hazırlandığını qeyd edib.

Tərəflər Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında əsasən nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafına dair geniş fikir mübadiləsi aparıblar.

İşçi Qrupa Əfqanıstan tərəfindən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Acmal Ahmadi, Türkmənistan tərəfindən isə Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov rəhbərlik edirlər.