Azərbaycan əhalisi nə ilə məşğul olur? – RƏSMİbackend

Azərbaycan əhalisi nə ilə məşğul olur? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əhalinin 4 milyon 963 min nəfəri müxtəlif peşələrlə məşğul olur.

 

NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, məşğul əhalinin çox hissəsi kənd təsərrüfatı sahəsində çalışır. Burada çalışanların sayı 1,774 milyon nəfərdir və cəmi məşğul insanların 35,8 faizini təşkil edir. Başqa sözlə, Azərbaycanda işləyən hər 3 nəfərdən biri kənd təsərrüfatı ilə məşğuldur.

 

Əhalinin üstünlük verdiyi digər sahə ticarətdir. Bu sahədə 707 min insan çalışır.

 

Azərbaycan insanının daha çox üstünlük verdiyi sahələr arasında tikinti və təhsil də var. Tikinti ilə 389 min nəfər, təhsil ilə 376 min nəfər məşğuldur. Adıçəkilən sahələrdən başqa emal sənayesində 285 min nəfər, dövlət idarəetməsi, sosial təminat və müdafiə sahəsində 231 min nəfər, nəqliyyatda 203 min nəfər, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 190 min nəfər çalışır.

 

Ən az insanın məşğul olduğu sahələr isə elektrik enerjisi istehsalı və satışı (29 min nəfər), su təchizatı sahəsi (35 min nəfər), maliyyə sahəsi (37 min nəfər), mədənçıxarma sənayesidir (40 min nəfər).