KoronaVirus İnformasiya Portalı
Azərbaycan əhalisinin sayı açıqlandıbackend

Azərbaycan əhalisinin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 49 184 nəfər və yaxud 0,5% artaraq oktyabrın 1-nə 10 116 292 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8%-ni şəhər, 47,2%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.