“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi elektrik və müxtəlif maşın avadanlıqlarının alınması üçün satınalma elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, təklif olunan ehtimal olunan qiymət 179.473,28 AZN təşkil edir.
Satınalma siyahısına kağızdoğrayan aparat, barkod oxuyucu, barkod printer, Digital Satellite Finder Meter DVB-S Satellite Signal Finder HD Handheld Satellite Finder, şəbəkə təhlükəsizliyi avadanlığı, monoblok, simsiz siçan, notebooklar, həmçinin RAM və USB HDD-lər daxildir.