Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məsud Əliağa oğlu Məmmədov bu gün vəfat edib.
Alim 1973-cü ildə elm aləmində demək olar ki, tədqiq olunmamış “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edən Məsud Məmmədov 1985-ci ildən professor adını alıb.
O, 1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim kimi fəaliyyətə başlayıb, sonradan “Rus dili” kafedrasının müdiri, “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987–1992-ci illərdə isə tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlib.
1992–1994-cü illərdə Qazaxıstanın Türkistan şəhərində fəaliyyət göstərən Türk–Qazax Beynəlxalq Universitetinə dəvət olunaraq “Türk dili” kafedrasının müdiri kimi çalışıb.
1994-cü ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirən Məsud Dövran 300-ə yaxın elmi məqalənin, 5 monoqrafiyanın və 6 şeir kitabının müəllifidir. /Teleqraf/














