Azərbaycanın tanınmış etnoloqu, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.
NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla “Facebook” səhifəsində yazıb:
-
“Dəyərli dostumuz, müsavat irsinin görkəmli tədqiqatçısı və alimi Aydın Balayev haqq dünyasına qovuşdu”.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.
O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.
Allah rəhmət eləsin!