Azərbaycan elmi və təhsil ictimaiyyəti ağır itki ilə üzləşib.
NOCOMMENT.az xəbər verir ki, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Məmməd oğlu Rzayev vəfat edib.
Vahid Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. 2000-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında dosent vəzifəsində çalışıb.
Uzun illər elmi-pedaqoji fəaliyyət göstərən alim 2017-ci ildə Naxçıvan MR-in “Əməkdar müəllim”i fəxri adına layiq görülüb. O, 7 kitab, 3 metodik vəsait və 100-dən artıq elmi məqalənin müəllifidir.
Allah rəhmət eləsin!