Azərbaycan enerji təhlükəsizliyini təmin edirbackend

Azərbaycan enerji təhlükəsizliyini təmin edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi mühüm rol oynayır və qlobal enerji oyunçularının diqqətini Azərbaycana yönəldib.

“Azərbaycandan Gürcüstana ilk boru kəməri olan “Supsa”nın işə salınması vacib hadisə idi. Bu, bizə ixraca başlamaq imkanı yaratdı. Eyni zamanda, tərəfdaşlarımızla qaz yataqlarının, o cümlədən, “Şahdəniz” yatağının işlənməsinə başladıq və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. Həmin vaxt ilk dəfə olaraq, Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac olunmağa başladı. O vaxtdan etibarən Bakı-Tbilisi-Ceyhan layihəsi və Azərbaycanın digər enerji infrastrukturları fasiləsiz işləyir. Əlbəttə ki, bu, proqnozlaşdırma, etibarlılıq, texniki və maliyyə baxımdan mürəkkəb bu cür genişmiqyaslı infrastruktur layihələri həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir”, – Prezident vurğulayıb.