Azərbaycan “Müdafiə haqqında” qanuna ölkənin ərazi müdafiəsi ilə bağlı dəyişikliklər edir.
NOCOMMENT.az bildirir ki, bu barədə “Minval” nəşri xəbər verir.
Nəşr bildirir ki, hərbi ekspertlər ərazi müdafiəsini ordunun ehtiyat sistemi ilə qarışdırmamağı məsləhət görürlər. Fərq ondadır ki, orduya çağırılan hərbi qulluqçular cəbhənin istənilən hissəsinə keçirilə bilər, ərazi müdafiəsi isə onun spesifik bölgəsini qorumaqla məşğul olur.
Məqalə müəllifi belə qənaətə gəlib ki, belə tədbirlərə Azərbaycanın Rusiya ilə Ukrayna , İran və İsrail arasında münaqişələrdən narahatlığı səbəb ola bilər . O əlavə edib ki, ərazi müdafiəsinin nizami qoşunlardan daha yaxşı öhdəsindən gələ biləcəyi təhlükələr var.
Bundan əvvəl Azərbaycan və Qazaxıstan Xəzər dənizində “Caspian Breeze 2025” hərbi təlimlərini başa vurub . Məlumata görə, təlimlərə dəniz və hava hədəflərinə atəşin məşqi və üzən minaların məhv edilməsi daxildir.