Azərbaycan erməni əsgərlərin meyitlərini qarşı tərəfə verdibackend

Azərbaycan erməni əsgərlərin meyitlərini qarşı tərəfə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma ölkənin Daxili İşlər Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidmətinin axtarış-xilasetmə işləri dünən də heç bir nəticə verməyib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, dünən axtarışlar Qarabağın cənubunda aparılıb.

Eyni zamanda Ağdərə bölgəsindəki hərbi hissələrdən birindən 2 hərbçinin qalıqları erməni xilasedicilərinə təhvil verilib. Bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb

Onların şəxsiyyətlərini öyrənmək üçün məhkəmə tibbi ekspertizası aparılacaq. İki gün əvvəl başqa bir əsgərin qalıqları da eyni hərbi hissədən tapılmışdı. Müharibə zamanı bu ərazi əsas hədəflərdən birinə çevrilmişdi və Ordumuzun raket zərbələrii ilə dağıdılmışdı.

Bu gün axtarış işləri Hadrut və Füzuli ərazilərində davam etdiriləcək.

Qeyd edək ki, atəşkəsdən bəri ümumilikdə 1488 meyit tapıaraq aidiyyəti üzrə təhvil verilib.