Azərbaycan erməni əsirləri geri qaytarır? – Bu üç şərt yerinə yetirilərsə…backend

Azərbaycan erməni əsirləri geri qaytarır? – Bu üç şərt yerinə yetirilərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana qarşı terrorçuluqda ittiham olunan erməni əsrlərlə bağlı müzakirələr davam edir. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar rəsmi Bakıya erməni terrorçularının qaytarılması ilə bağlı dəfələrlə müraciət etsə də, Azərbaycan hakimiyyəti öz prinsipial mövqeyindən geri çəkilmir.

Maraqlıdır, Azərbaycanın erməni diversantları hansı halda Ermənistana geri verməsi mümkündür?

Bununla bağlı artıq müəyyən ipucu var. Belə ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, Azərbaycan xoş mərama sahib ölkə olduğu üçün əsirləri Yerevana təhvil verə bilər. “Bunun üçün Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azırbaycanın ərazi bütövlüyünü tanımalıdır”, – deyə o qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Yenisabah.az-a şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan üçün əsas üç prinsipial məsələnin olduğunu vurğulayıb:

“Yəqin ki, digər işğaldan azad edilən rayonların da mina xəritələrinin geriyə qaytarılması haqqında razılıq əldə edilib, həmçinin kommunikasiya xətlərinin bərpası istiqamətində də danışıqlar prosesi gedib. Yəni ancaq o istiqamətdə müəyyən irəliləyişlər əldə olunduğuna görə belə bir açıqlama verə bilərlər. Zənnimcə, yerdə qalan rayonların mina xəritələrinin verilməsi diversantların Yerevana qaytarılmasına, doğrudan da, təkan verə bilər. Ümumiyyətlə, bizim üçün üç prinsipial məsələ var: Mina xəritələrinin Azərbaycana verilməsi, sərhədlərin dəqiqləşdirilməsi-demarkasiya edilməsi və Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması. Bu üç şərtin yerinə yetiriləcəyi təqdirdə biz əsrləri geri verə bilərik. Məncə, Səməd Seyidovun ərazi bütövlüyümüzün tanınması haqqında səsləndirdiyi fikirlər diqqətçəkicidir. Hətta Paşinyana yaxın olan dairələr də bir neçə dəfə bildirib ki, sentyabr ayında Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”.