Azərbaycan ermənilərə iki meyit verdibackend

Azərbaycan ermənilərə iki meyit verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu Qarabağda erməni əsgərlərin qalıqlarını axtaran qrupa iki erməni meyiti verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb.

Bildirilib ki, Ordumuz Prezident İlham Əliyevin Şuşaya səfəri üzündən bağlı Qızıl Xaç Komitəsinin və erməni əsgər valideynlərinin də qatıldığı qruplardan axtarışları ikigünlük dayandırmağı tələb edibmiş. Prezidentin geri qayıtmasından sonra isə Talış-Suqovuşan istiqamətində Ordumuzun tapdığı iki erməni meyiti axtarış qrupuna təhvil verilib – meyitlər tanınmaz vəziyyətdə olduqları üçün ekspertiza təyin olunub.

Bu gündən axtarış qruplarının fəaliyyəti bərpa olunub: onlar 5 qrupa bölünərək 4 istiqamətdə – Hadrut, Füzuli, Cəbrayıl və Şuşa istiqamətində axtarışlar aparacaqlar.

Bununla döyüş meydanlarından yığılan erməni əsgər meyitlərinin sayı 1232-ə çatıb.