Azərbaycan ermənilərin suyunu kəsib? – Zəngəzur mühasirəyə düşürbackend

Azərbaycan ermənilərin suyunu kəsib? – Zəngəzur mühasirəyə düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistanın ombudsmanı Arman Tatoyan belə bir iddia ilə çıxış edib ki, guya Azərbaycan hərbçiləri Çakaten kənd sakinlərinə “çətinlik” yaradıb və guya kəndə gələn suyun qarşısını kəsiblər. Bundan əlavə, ombudsman Qafan-Çakaten yolunda, artıq Azərbaycanın nəzarət-buraxılış məntəqəsi olduğu üçün bölgədəki taksi sürücülərinin də işsiz qaldığını iddai edib.

NOCOMMENT xəbər verir ki, yenisabah-la fikirlərini bölüşən “Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzi”nin sədri Natiq Miri bildirib ki, bu səpkili məlumatlar erməni xislətinə məxsus xüsusiyyətdir: “Ermənilər həmişə hay-həşir salmaqla beynəlxalq birliyi prosesə cəlb etmək istəyirlər. Yəni bu məsələdə bilavasitə məlum etnosun xislətinə məxsus olan xasiyyətlər yatır.

Yüz illərdir ki, qondarma erməni soyqırımı ilə bütün dünyada dilənçilik edirlər. İkinci məsələ, bilavasitə hazırda müxalifətdə olan revanşist qüvvələrin səs-küyüdür. Onların əsas məqsədi erməni ictimaiyyətini erməni hökumətinin əleyhinə qaldırmaq, sülhyaratma prosesinin dayandırmaqdır”.

Politoloq onu da vurğulayıb ki, Ermənistan müxalifəti nə qədər çalışsa da, ölkədə etiraz prosesi kütləviləşmir: “Çünki erməni xalqı artıq müharibə istəmir və bunu Baş nazir Nikol Paşinyan Soçidəki son mətbuat konfransında birmənalı dedi: “Xalq mənə mandat verib və xalq sülh istəyib. Ona görə də, bu yöndə qərarlar qəbul edəcəyəm”.

Düşünürəm ki, Arman Tatoyan kimi şəxslərin hay-küyü prosesi sabotaj etmək məqsədlidir. Ancaq buna mane ola bilməyəcəklər, çünki 1ildə baş verənlər göstərdi ki, ermənilərin sülhdən başqa çıxış yolu yoxdur”.