Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? – Ekspert AÇIQLADIbackend

Azərbaycan-Ermənistan arasında turizm sahəsində münasibətlər yarana bilərmi? – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda baş verən siyasi dəyişikliklər qonşu ölkələrlə münasibətlərdə yeni imkanlar haqqında suallar doğurur. Bu kontekstdə diqqət çəkən mövzulardan biri də Azərbaycan və Ermənistan arasında turizm əlaqələrinin gələcək perspektividir.

Azərbaycan və Ermənistan arasında turizm münasibətləri yarana bilərmi?

NOCOMMENT.az xəbər verir ki, Redaktor.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirdi ki,  Azərbaycan-Ermənistan arasında əldə olunan razılaşmalar davamlı sülh və sabitlik mühitini təmin edərsə, gələcəkdə turizm münasibətlərinin qurulması da mümkün ola bilər.

“Bu, bir neçə mərhələdə baş verə bilər. Əgər siyasi və hərbi gərginlik tam şəkildə aradan qalxarsa, iki ölkə arasında sərhəd keçidlərinin açılması gündəmə gələ bilər. Bu isə qarşılıqlı turizm üçün əsas şərtdir.

Regional əməkdaşlıq  ikinci faktorturdur ki, Qafqazda vahid turizm marşrutlarının (Gürcüstan-Ermənistan-Azərbaycan) yaradılması regionun beynəlxalq turizm cazibəsini artıra bilər”.

Ekspertin fikrincə, mədəni və dini turizm də qarşılıqlı maraq doğuran yerlərə səfərlər təşviq edilə bilər.

“Eyni zamanda Qərbi Azərbaycanda azərbaycanlılar öz dədə baba yurdlarını , qədim Azərbaycan məzarlıqlarını ziyarət edə bilərlər Qarşılıqlı turizm mübadiləsi əsasən iqtisadi baxımdan faydalıdır . Turizm münasibətləri həm sahibkarlıq, həm də regionlarda iş imkanlarını genişləndirə bilər. Lakin tərəflər arasında inamsızlıq hələ qalır. Sərhədlər bağlıdır və diplomatik münasibətlər tam qurulmayıb. Cəmiyyətlər arasında emosional gərginlik var”.