Azərbaycan-Ermənistan sülhünün ABŞ üçün əhəmiyyətibackend

Azərbaycan-Ermənistan sülhünün ABŞ üçün əhəmiyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Entoni Blinkenin Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında tələsməsi, bu yolda müstəsna imkanların yarandığını bəyan etməsi ABŞ-da keçiriləcək seçkilər ərəfəsi demokratların çətin duruma düşməsinə bağlıdır”. 
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,  xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ dövlət katibi Entoni Blinkenin Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması üçün müstəsna imkanın yarandığı barədə fikirlərini şərh edərkən deyib.
“İlk növbədə başa düşməliyik ki, bu hələlik yekun sənəd deyil, ilkin sənəddir. Hansısa mövzuları isə həll etmək tam şəkildə mümkün deyil. Yəni gələcək sülh prosesinin tezisləri, cizgiləri, parametrlərini təsbit etmək üçün ilkin sənəd vacibdir. Sənəd cəmi 3-4 səhifəlik bir sənəddir. Orada sərhəd məsələsi, delimitasiya, kommunikasiyaların bərpası, qarşılıqlı tələblər, humanitar mövzular, siyasi məsuliyyət, hüquqi sənədlərin sülh sazişinə uyğun şəkildə dəyişməsi var ki, bunlar da vaxt alan bir prosesdir. Blinkenin açıqlamasında da təxminən bu məqamlardan söhbət gedir”, deyə sabiq nazir bildirib.
Tofiq Zülfüqarov qeyd edib ki, Blinkenin hazırda əsas qayğısı ABŞ-da olacaq seçkilərdir:
“O, çalışır ki, seçkilər ərəfəsi Azərbaycanla Ermənistan arasında sülh məsələsində hansısa nəticənin əldə olunmasına nail olunsun. Çünki demokratların vəziyyəti pisdir, Bayden Trampla debatı uduzub, onun namizəd olaraq dəyişdirilməsi məsələsi də gündəmə gəlib. Yəni Blinkenin Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında tələsməsi ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır”.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkanın yarandığını bəyan edib:
“Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”.