Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaqbackend

Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ermənistandan digər beynəlxalq və milli məhkəmələrə də şikayət edəcək.

NOCOMMENT xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev özünün tvitterdəki hesabında yazıb.

“Azərbaycan ərazisində cinayət, qanunsuz və ayrı-seçkilik hərəkətlərinə görə Ermənistana, ayrı-ayrı şəxslərə və şirkətlərə qarşı beynəlxalq və milli məhkəmələrdə də vəsatət qaldırılacaq”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.