Azərbaycan əsilli fransız aktyor koronavirusdan ölübbackend

Azərbaycan əsilli fransız aktyor koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn vəfat edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, tanınmış rejissor dekabrın 31-də 93 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Robert Hosseyn karyerasına 1940-cı illərdən aktyor kimi başlayıb. Vittel şəhərində yaşayan R.Hosseyn 1950-ci illərdə teatr yaradıcılığına başlamazdan əvvəl ilk filmlərini çəkib. O, “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, “Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.

R.Hosseynin ən böyük tamaşası 1978-ci ildə yaratdığı və Fransa paytaxtında təqdim etdiyi “Paris Notr Dam” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.

Anası ukraynalı olan R.Hosseyn cari ilin avqust ayında Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.

O, Bakıda da bir neçə dəfə səfərdə olub.