Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə səyahət müddəti 2 dəfə azalacaqbackend

Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə səyahət müddəti 2 dəfə azalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düzgün yönəldilmiş investisiyaların sayəsində Gürcüstanda dövlət və beynəlxalq əhəmiyyətli yolların vəziyyəti yaxşılaşdırılır”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.

Hökumət başçısı gələcək illərdə infrastruktur layihələrə 31 milyard lari vəsaitin xərclənəcəyini bildirib.

İ.Qaribaşvili Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun inşası məsələsinə də toxunub: “Müasir təhlükəsizlik standartlarına cavab verəcək Qırmızı körpü-Sarpi avtomobil yolunun inşası başa çatdırıldıqdan sonra səyahət müddəti yarıyadək azalaraq 8 saat əvəzinə 4 saat təşkil edəcək”.