Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyibbackend

Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ili may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 7 pillə geriləyərək 125-ci yerdə qərarlaşıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 23,25 Mb/s olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 1 pillə geriləyib və 36,34 Mb/s sürətlə 68-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 180 ölkənin adı var. Birinci yerdə Honq Konq (245,01 Mb/s), sonuncu yerdə isə Türkmənistan (4,19 Mb/s) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 194,09 Mb/s sürətlə birinci, Əfqanıstan isə 6,86 Mb/s sürətlə sonuncu 137-ci yerdə qərarlaşıb.