Azərbaycan internetin sürətinə görə geriləyibbackend

Azərbaycan internetin sürətinə görə geriləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 31,21 mb/s sürətlə 60-cı pillədə qərarlaşıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə “Speedtest Global Index”ə ənənəvi aylıq hesabat məlumatını dərc edib.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20,89 mb/s olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (212,98 mb/s), sonuncu yerdə isə Əfqanıstan (1,85 mb/s) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 mb/s sürətlə birinci, Kuba isə 4,15 mb/s sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.