Azərbaycan-İran sərhədində YENİ KÖRPÜbackend

Azərbaycan-İran sərhədində YENİ KÖRPÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Azərbaycan arasında Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisinə dair razılıq əldə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi məlumat yayıb.

O bildirib ki, körpünün tikintisi iki ölkə arasında nəqliyyatın gediş-gəlişinin və beynəlxalq tranzitin artırılması məqsədilə həyata keçirilir.

Nazir müavini razılığın dekabrın 7-də Astarada İran və Azərbaycan rəsmilərinin müştərək iclasında qərara alındığını qeyd edib. Körpü 15 ay müddətində və 1 700 milyard rial məbləğində investisiya ilə tikiləcək.

Onun sözlərinə görə, 4 zolaqlı körpünün uzunluğu 97 metr və eni 32 metr olacaq. Körpünün tikintisinə İran və Azərbaycan müştərək sərmayə yatıracaq.

X.Xademi qeyd edib ki, bu günkü iclasda həmçinin Astara dəmir yolu yük terminalının problemləri ilə bağlı müzakirə aparılıb və yük terminalı daha da təkmilləşdirilməsi barədə qərar qəbul edilib.